2020-ci il gömrük orqanları üçün uğurlu il kimi yadda qalıb.
Teleqraf.com-un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikası ilə bağlı keçirilən brifinqdə deyib.
“Gömrük orqanları tərəfindən 2015-2017-ci illərdə 6 milyard 493 milyon manata yaxın vəsait dövlət büdcəsinə toplanılıb. 2018-2020-ci illər ərzində isə bu göstərici artıq 11 milyard 780 milyon manat olub.
Əvvəlki 3 illə müqayisədə Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 5,3 milyard manat əlavə vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olunub. Bu da büdcə daxilolmalarında DGK-nın xüsusi çəkisini 9,1 faizdən 18-19 faizə qədər artırıb”, - deyə Səfər Mehdiyev əlavə edib.