"Bizdə 700 milyon kəsirin aşkarlanması həqiqətə uyğun deyil. Bunu sosial şəbəkələrdə oxuduq, üzüldük".
Teleqraf.com xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib.
"DGK-nın strukturunda olan çatışmazlıqları demək hər kəsin haqqıdır. Lakin qurumun fəaliyyətinə kölgə salmaq düzgün deyil. Hesablama Palatası fəaliyyətimizi yoxlayır.
DGK büdcə orqanlarına son 3 ildə 6 milyard manata yaxın əlavə vəsait toplayıb. 2016-ci illə müqayisədə hazırda 2 milyard fərq var. Bu, cənab prezidentin gömrük orqanlarında apardığı siyasətin uğurlu nəticəsidir.
Kimin şübhəsi varsa, gəlib yoxlaya bilər. Tərəfdaşlıq etdiyimiz ölkələrə də məktub yazırıq ki, statistika aparaq, hesabları üzləşdirək.
DGK-ya edilən ödənişləri hər kəs elektron formada hesabında görür. Əgər kimsə əskik məbləğ olarsa, bu barədə müraciət edə bilər. Biz hər kəsə bildirmişik, DGK gördüyü işlərin nəticəsinə görə faktları ortaya qoyur", - deyə Səfər Mehdiyev qeyd edib.