4 Mart 2021 16:46
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər haqqında dünyanın tanınmış ictimai-siyasi xadimlərinin, elm adamlarının söylədiklərini yada salsaq, onlarla bağlı ümumi bir mənzərə formalaşmış olar. Tam aydın olan bir fakt var ki, ermənilər heç vaxt vədlərinə sadiq olmayıblar. Onlar heç bir münasibətdə - siyasətdə, diplomatiyada səmimi olmağı bacarmayıblar. Oğurluq, saxtakarlıq onlar üçün bir həyat tərzidir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Onun fikrincə, 10 noyabr və 11 yanvar razılaşmalarına ermənilərin hansı səviyyədə əməl etməsi onların öz gələcəyi ilə bağlıdır:

“Çünki bu razılaşmalara əməl etmək ermənilərin özlərinə hava-su kimi vacibdir. Əks halda olanları və olacaqları yaxşı bilirlər. Ermənistan dövlətinın bundan sonra mövcudluğu ancaq bu şərtlər daxilində mümkündür”.

Deputat Qarabağa Laçın dəhlizi ilə Azərbaycanın icazəsi olmadan gəlib-gedənlərin olmasının razılaşmaya zidd olduğunu və bunun qarşının ciddi şəkildə alınmasının vacibliyini bildirib:

“Ortada razılaşma var. Bu razılaşmanı da 3 dövlətin rəhbəri imzalayıb. Sonradan bu razılaşmaya hər hansı bir əlavə olunmayıb. Ona görə də tərəflərdən tələb olunan odur ki, ortada olan razılaşmaya hər kəs riayət etsin. Tərəflərdən hər hansısa birinin buna əməl etməməsi bəyanatın pozulması kimi dəyərləndirilməlidir.

Laçın dəhlizinə nəzarət edən sülhməramlılar da onlara verilən öhdəliyə ciddi şəkildə riayət etməlidirlər. Azərbaycan sərhəd xidmətinin icazəsi olmadan ölkə ərazisinə qanunsuz olaraq heç kəsin daxil olması mümkün olmamalıdır. Sülhmərmalılar isə sərhədçi deyil. Beynəlxalq qanunlarda da sülhməramlıların missiyası öz təsbitini tapıb. Bu gün tikinti materialı maşınlarında Azərbaycan ərazisinə daxil olan ermənilərin burada qanunsuz xidmət keçməklə bağlı yayılan məlumatların həqiqiliyi yoxlanılmalıdır. İnformasiyalar yayılır ki, Ermənistanın hansısa bir məmuru Qarabağa gəldi-getdi. Bütün bunlar araşdırılmalıdır".

Millər vəkilinə görə, erməni əsgərinin mülki geyimdə Azərbaycan ərazisinə - Qarabağa göndərilməsi ilə bağlı ciddi tədbirlər görülüb və bundan sonra da görüləcək:

“Erməni əsgəri qanunsuz olaraq Qarabağa gəldiyinə görə, terrorçu olaraq cəzalanacaq. Beynəlxalq qanunlara görə, bir ölkənin ərazisində silahlı dəstə yaratmaq, fəaliyyət göstərmək terrorçuluq fəaliyyəti kimi qiymətləndirilir. Bundan öncə də Azərbaycan erməni əsgərlərini qanunsuz olaraq ərazilərimizdə fəaliyyətinə görə həbs edib. Artıq onlar hərbi əsir yox, terrorçu kimi qanun qarşışısına çıxarılacaq. Ona görə də erməni əsgəri və onları Azərbaycana göndərənlər terrorçuluq fəaliyyətinə son qoymalıdırlar. Əks halda Azərbaycan həmin ərazilərdə genişmiqyaslı antiterror əməliyyatları keçirməklə bütün qanunsuz qüvvələri zərərsizləşdirəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər