4 Mart 2021 12:49
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qida əlavələri ilə bağlı gömrük orqanlarında çox ciddi tədbirlər görülüb.

Teleqraf.com xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib:

"Bununla bağlı fiziki şəxslərə iki təklifimiz oldu: Ya qida əlavələrini gömrük orqanlarına bəyan etdikdən sonra qiymət endirilib, vətəndaşa normal təqdim edilməlidir. Yox, əgər qiymət doğrudursa, məhsulun qiymətini 50-100 faiz arıtıb, sata bilərlər. 600 faiz qiymət əlavə etmək doğru deyil.

Bununla bağlı araşdırmalar aparılır, dünya birjalarından qiymətlərə təqdim olunur. Dərman vasitələrinin təqdim olunması daha asan oldu. Şirkətlər bəzi dərmanların qiymətini aşağı salıb, yaxud real qiymətinə təqdim etdilər. Biz çalışırıq ki, sahibkarlar satılan məhsulu düzgün bəyan etsinlər".


Müəllif: Aysel Azad