5 May 2014 13:05
1 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dövlət büdcəsindən gənclər siyasətinə ayrılan vəsaitin artması ölkə rəhbərliyinin gənclərin Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdə dövlət büdcəsindən gənclər siyasətinə ayrılan vəsait 25 min manat idisə, artıq bu vəsait 25 milyon manatı keçib. Bu, ölkə rəhbərliyi tərəfindən gənclərimizin inkişafına, onların məşğulluğuna və sağlamlığına göstərilən diqqətdən irəli gəlir”.

Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə keçirilən “Gənclərin məşğulluq siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolu” mövzusunda seminarda çıxışı zaman deyib.

V.Quliyev bildirib ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması da əvvəlkilərdən çox fərqlənir. Çünki əvvəlki proqramların hazırlanmasında aidiyyəti dövlət qurumları iştirak edirdi, ancaq indi bu proqramın hazırlanması bilavasitə gənclərə həvalə olunub.

Onun sözlərinə görə, gənclərin təkliflərindən biri də Gənclər Fondunun yaradılması idi və bu da proqrama salındı: “Cənab Prezident tərəfindən təsdiq olunduqdan sonra, 2011-ci ildə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu yaradıldı. Fondun fəaliyyəti özünü təsdiq edəndən sonra Fondun statusu dəyişərək, Azərbaycan Prezidenti yanında Gənclər Fondu oldu”.

V.Quliyev onu da qeyd edib ki, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektoru gənclərin məşğulluğu sahəsində qabaqcıl ölkələrin təcrübəsini öyrənmək niyyətindədir.


Müəllif: Teleqraf.com