Xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə 9 nəfərin ölümü ilə nəticələnən helikopter qəzası ilə bağlı başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı nazir özünün "Twitter" səhifəsində yazıb:
"Qardaş Türkiyənin Bingöl ərazisində hərbi helikopterin qəzaya uğraması xəbəri bizi çox kədərləndirdi. Həlak olan 9 şəhidin ailələrinə və yaxınlarına, Türkiyə xalqına başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik.
Başın sağ olsun, qardaş Türkiyə!"