9 Mart 2021 11:17
1 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ölkəmizdə ordu quruculuğu ölkə rəhbrəliyinin daim diqqət mərkəzindədir. Şanlı Ordumuzun nailliyyətləri Milli Məclisin iclasında da yüksək qiymətləndirilib”.

Teleqraf.com-un xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, hərbi qulluqçuların təminatının yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir:

“Bu yaxınlarda hərbi qulluqçuların maaşlarına müddətli əlavələr edilib. Bu qərar zaman tələb edən bir prosesin nəticəsində qəbul olunub. Onların problemlərinin həlli bundan sonra da dövlətimizin diqqətində olacaq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər