Azərbaycan ərazisində gürcü tarixinə aid məzarın tapılması ilə bağlı yayılan xəbərlər doğru deyil.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.
Məsələ ilə əlaqədar diaspora ilə, eləcə də Azərbaycan tərəfi ilə əlaqə saxlanılıb və mənbələrdən heç biri faktı təsdiqləməyib.
Qeyd edək ki, bu gün yerli mətbuatda Azərbaycanın Qax rayonu ərazisində gürcü kraliçası Tamaraya aid qızıl-zinət əşyalarının olduğu məzarın tapılması ilə bağlı xəbərlər paylaşılıb.