10 Mart 2021 13:20
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Macarıstan şirkətlərinin postkonflikt dövründə işğaldan azad edilmiş ərazilərin bərpa olunmasında fəal iştirakı bu gün detallı müzakirə predmeti olub. Bu istiqamətdə Macarıstan tərəfindən atılan konkret addımlar tərəfimizdən yüksək qiymətləndirilir. Artıq Macarıstan bankı tərəfindən bu layihələrə cəlb olunan macar şirkətləri üçün 100 milyon ABŞ dolları həcmində kredit ayrılmasına qərar verilib”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyatron ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Azərbaycan tərəfi Macarıstan tərəfinin minaların təmizlənmə sahəsində könüllü ianənin edilməsinə dair təklifini də yüksək dəyərləndirir”, - nazir bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər