"Bu, bolişeviksayağı yanaşmadır"
“Müsavat Partiyası öncə bizim sikayətlərə, iradlara cavab versin, sonra bəyanat qəbul edər. Mən Müsavat Partiyası Məclisinin bugünki bəyanatını əhəmiyyətsiz sayıram".
Bunu Teleqraf.com-a açıqlamasında Müsavat Partiyasının başqanlığa keçmiş namizədi Səxavət Əlisoy deyib.
Qeyd edək ki, Müsavat Partiyasının Məclisi bu gün qurultayın qərarlarına etiraz edən şəxslərə qarşı bəyanat verib. Bəyanatda qurultayın nəticələrinə etiraz edənlər sayğısızlıqda ittiham edilib.
"Müsavat Partiyasının Məclisi bütün müsavatçıları və partiyanın səlahiyyətli orqanlarını təşkilat daxilində partiya maraqlarına cavab verməyən və üzvlər arasında narazılıq yaradan şəxslərə münasibətdə prinsipial mövqe nümayiş etdirməyə çağırır”, - deyə bəyanatın sonunda qeyd olunur.
Arif Hacılıya sərt ittihamlar səsləndirənlərdən Səxavət Əlisoy bu çağırışı gülüşlə qarşıladı: "Bu, bolişeviksayağı yanaşmadır. "Prinsipial mövqe" dedikdə nəyi nəzərdə tuturlar, mənim üçün maraqlıdır?! Üstümüzə soyuq silahla gələcəklər? Təklif edirəm ki, Müsavat Partiyası Məclisi bu bəyanatı verməzdən öncə bizim şikayətlərə cavab versin".
Ayxan