12 Mart 2021 16:23
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Səhiyyə Nazirliyi Rusiya Federasiyasının istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, bu peyvənd artıq 50-dən çox ölkədə qeydiyyata alınıb və COVID-19 koronavirus infeksiyasına qarşı müvəffəqiyyətlə istifadə olunmaqla yüksək effektivlik göstərir.

Qeyd olunub ki, Rusiyada 6 milyondan çox insan “Sputnik V” vaksini ilə peyvənd olunub: "Yaxın zamanda bu peyvəndin ölkəyə gətirilməsi təmin olunacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər