Milli Məclisin martın 16-da keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.
Teleqraf.com xəbər verir ki, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirə ediləcəyi iclasın gündəliyinə “Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında” qanun layihəsi də daxil edilib.
Bununla da gündəlikdəki məsələlərin sayı 2-yə çatıb.
Qeyd edək ki, parlamentin martın 16-da keçiriləcək iclasında Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılacaq. Hesabatı Baş nazir Əli Əsədovun təqdim edəcəyi gözlənilir.