Azərbaycan Prezidentinin tapşırığına əsasən bir qrup yerli media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunan Ağdam rayonunda səfərdədirlər.
Hazırda Ağdam şəhərində olan nümayəndə heyəti Ağdam Dram Teatrının yerləşdiyi əraziyə baş çəkiblər, teatrın erməni vandalları tərəfindən dağıdılan binasının qalıqlarına baxıblar.
Media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar daha sonra Ağdam Cümə məscidini ziyarət ediblər və dualar oxuyublar.
***
Azərbaycan Prezidentinin tapşırığına əsasən bir qrup yerli media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunan Ağdam şəhərində səfərdədirlər.
Onlar Ağdam şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə tanış olurlar.
Media və QHT rəhbərləri Ağdam xanlarının abidələr kompleksi və İmarət qəbiristanlığını ziyarət ediblər.
Səfər davam edir.
***
Bu gün işğaldan azad edilən Ağdam rayonuna səfər edən media nümayəndələri ermənilər tərəfindən dağıdılıb, məhv edilmiş şəhid məzarlığını ziyarət ediblər.
Teleqraf.com istinadla xəbər verir ki, rayonun Uzundərə adlanan ərazisində yerləşən İkinci Şəhidlər Xiyabanında 1000-ə qədər şəhid məzarının olduğu qeyd edilib. Fotolardan da göründüyü kimi, ermənilər Azərbaycan şəhidlərinin məzarını yerlə-bir edib və daşlarını belə daşıyaraq, tam bir düzəngaha çeviriblər.
Qeyd edək ki, media nümayəndələri və KİV rəhbərlərinin Ağdam rayonuna təşkil olunan səfərində Prezidentin köməkçisi Hikmət Hacıyev də iştirak edir.