15 Mart 2021 13:55
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Regiondakı vəziyyət dəyişib”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Azərbaycan XİN başçısı Ceyhun Bayramov ilə görüşdən sonra deyib.

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Qarabağda atəşkəsin elan olunması ilə bağlı verdiyi bəyanatı alqışlayıb.

A.Linde qeyd edib ki, ATƏT-in fəaliyyətdə olan sədri kimi İsveçin əsas prioriteti Avropadakı təhlükəsizlik sistemini qorumaq və hərtərəfli təhlükəsizlik konsepsiyasını dəstəkləməkdir. O, ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəklədiyini də əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər