Milli Məclisin növbəti plenar iclası başlayıb.
Teleqraf.com xəbər verir ki, iclasa Spiker Sahibə Qafarova rəhbərlik edir. Baş nazir Əli Əsədov da iclasda iştirak edir.
Plenar iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı və Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında məsələyə baxılacaq.