2016-cı ildən 2020-ci ilə qədər olan dövrdə Azərbaycanın aldığı silah-sursatın 69 faizi İsrailin payına düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (Stockholm International Peace Research Institute – SIPRI) illik hesabatında bildirilib.
Qeyd olunur ki, müvafiq dövrdə Ermənistanın əldə etdiyi bütün silahların 94%-i Rusiyanın payına düşüb.
O da bildirilir ki, 2016-2020-ci illərdə Türkiyə xaricdən silah alışını 59% azaldıb. Hesabatda Türkiyənin idxaldan asılılığı azaltmaq üçün əsas silahlar üzrə yerli istehsalı inkişaf etdirdiyi bildirilir.