16 Mart 2021 13:10
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarşımızda duran mühüm vəzifələr var. Birincisi, işğaldan azad edilən ərazilərə Böyük Qayıdışı təmin etməkdir. Prezident tərəfindən irəli sürülən “Ağıllı şəhər, ağıllı kənd” konsepsiyası əsasında yenidən təşkil ediləcək.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Azay Quliyev deyib.

Deputat xatırladıb ki, 2007-2015-ci illlərdə dövlət hesabınaAzərbaycan gəncləri dünyanın 30-dan artıq ölkəsində təhsil alıb: “İndi yalnız magistr təhsili dövlət tərəfindən dəstəklənir. Hesab edirəm ki, bu məsələyə yenidən baxılsın və dünyanın ən inkişaf etmiş universitetlərində təhsil alan tələbələrə dəstək verilsin. Həmçinin bizim üçün vacib olan sahələrdə təhsil alan tələbələr maliyyələşdirilsin”.

Azay Quliyev təklif edib ki, elektron xidmət göstərən qurumların vahid elektron xidmət portalında birləşdirilsin.

Sonda Azay Quliyev hökumətin hesabatını dəstəkləyəcəyini bildirib.


Müəllif: Nemət

Oxşar xəbərlər