17 Mart 2021 00:03
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq. Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Şuşa şəhərində olan Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

“Artıq Vaqifin məqbərəsində işlərə start verilib. Layihəyə baxmışam. Tarixi bərpa edirik. Layihəni Heydər Əliyev Fondu öz vəsaiti hesabına, fonda məxsus zövqlə Mehriban xanımın rəhbərliyi ilə icra edəcək”, - deyə Prezident deyib.

Qeyd edək ki, dövlət başçısının videogörüntüsünü Birinci vitse-prezident Mehriban Əliyeva özünün İnstaqram səhifəsində paylaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər