18 Mart 2021 14:43
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tikinti məqsədləri üçün torpaq sahələrinin istifadəyə və yaxud icarəyə verilməsi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məşğul olacaq.

Teleqraf.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında" fərmanında öz əksini tapıb.

Fərmana əsasən, Komitə həmçinin tikinti üçün ayrılması nəzərdə tutulan torpaq sahələrinin kateqoriyalara aid edilməsi və yaxud onların bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı Nazirlər Kabineti qarşısında vəsatət qaldıra biləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər