5 May 2014 13:50
1 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün hüquq-mühafizə orqanları ölkədə yayılması və istifadəsi qadağan olunmuş radikal və təhlükəli dini nəşrlərin siyahısını açıqlayıb. Həmin siyahıda 28 kitab yer alıb.

İlahiyyatçı Elşad Miri Teleqraf.com-a açıqlamasında deyib ki, 28 dini kitabın qadağan edilməsi reallıqdan aşağı rəqəmdir: “Çünki elə mənim bildiyim belə kitabların sayı 100-dən çoxdur. Bu məsələni belə az kitabla bunu niyə yola verirlər ki? Ola bilsin, qadağan olunmuş kitabların tam siyahısı açıqlanmayıb və bu məsələdə problemlər qalıb. Elə müəlliflər və kitablar var ki, orda 9 yaşlı qızın ərə verilməsində heç bir problem olmadığı yazılır. Azərbaycan qanunvericiliyinə zidd olduğuna görə kitablardan həmin cümlələrin çıxarılması tələb olunur. Çıxarılmadığı təqdirdə həmin kitabların ölkədə çapına və ya idxalına qadağa qoyulmalıdır”.

SEVİNC


Müəllif: Teleqraf.com