21 Mart 2021 14:16
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə “Hər evdə bayramın dadı” adlı xeyriyyə aksiyası keçirilib.

Teleqraf.com xəbər verir ki, Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları və könüllüləri veteranları, çoxuşaqlı və aztəminatlı ailələri Novruz bayramı münasibətilə təbrik ediblər. Hər ailəyə Novruz sovqatları və Azərbaycan milli şirniyyatlarından ibarət bayram hədiyyələri təqdim olunub.

Xeyriyyə aksiyasında RAGB-nin fəalları və könüllüləri iştirak ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər