28 Oktyabr 2014 14:34
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Balıqçılıq haqqında” qanun dəyişdirilib.

Parlamentin bugünkü iclasında Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, hazırda qüvvədə olan qanunun 20-ci maddəsi yeni redaksiyada verilib, 21 və 22-ci maddəsi ləğv edilib.

Millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, qanun olduqca mütərəqqidir: “İki iclas əvvəl məsələ qaldırmışdım ki, lisenziya ilə işləyən sahibkarları yoxlasanız, görərsiniz ki, onlar əsəb və ya ürək xəstəsidir. Mən konkret məsəl də çəkmişəm. Məncə, məhdudlaşdırma da məhkəmə vasitəsilə olmalıdır. Milli Bank bir bankın fəaliyyətini dayandırır. Həmin bank məhkəmə vasitəsilə fəaliyyətini bərpa edir və bu azı bir il çəkir. Bir il sonra yeni problem tapıb onun fəaliyyətini dayandırır, lisenziyasını ləğv edirlər. Demək istəyirəm ki, lisenziyanı hansısa təşkilatlar ləğv etməməlidir. Bu məhkəmə vasitəsilə həll edilməlidir. Hesab edirəm ki, ilk dəfədir qanuna salınır ki, lisenziya və ya akvakultra məhkəmə yolu ilə həll edilir. Məncə, bu məqam bütün icra orqanları haqda qanuna salınmalıdır. Biz qanunvericilik sahəsində sahibkarlara kömək etməliyik”.

Komitə sədri Eldar İbrahimov qeyd edib ki, Q.Həsənquliyev doğru deyir: “Biz Prezident Adminstrasiyası ilə bir daha əlaqə saxlaya bilərik və bu məsələ haqda da müzakirə apara bilərik.

Sonda qanun səsə qoyularaq qəbul edilib.

Nemət


Müəllif:

Oxşar xəbərlər