ABŞ-ın “Foreign Policy” nəşri Azərbaycan ordusunun Qarabağdakı savaşda pilotsuz uçan aparatlardan (PUA) istifadə etməsindən yazıb.
Teleqraf.com xəbər verir ki, məqalədə Azərbaycanın savaş taktikasının amerikalı mütəxəssislər tərəfindən araşdırıldığı bildirilib.
Məqalədə ABŞ Ordusunun Asimmetrik Müharibə Qrupunun keçmiş rəhbəri, polkovnik Skott Şou və hərbi mütəxəssislərin Qarabağ müharibəsinə aid görüntüləri saatlarla araşdırdığı qeyd olunub. Qarabağ müharibəsinin ABŞ üçün bir məktəb olduğu vurğulanıb.
“Azərbaycan ötən payızda Qarabağ bölgəsi üçün Ermənistanla savaşında göy üzünü ələ keçirəndə, Türkiyədən aldığı dronlarla qalib gələndə ABŞ ordusunun strateqləri üçün bir məsələ dəqiqləşdi: ovlanmaq getdikcə asanlaşır”, - nəşr qeyd edib. Mənbə Azərbaycan ordusunun cəmi altı həftə ərzində Ermənistan silahlı qüvvələrini darmadağın edərək tarixi uğura imza atdığı bildirilib.