Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun "Twitter" hesabında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününü anan paylaşım edib.
Teleqraf.com xəbər verir ki, paylaşımda deyilir:
"Tarixin ən qanlı günlərindən olan 31 Mart 1918 -ci ildə Azərbaycanlı qardaşlarımıza yönəlmiş qətliamın törədildiyi Azərbaycanlıların Soyqırımı Gününün qurbanlarını rəhmətlə anıram. Haqlı mücadilələrində hər zaman Azərbaycan xalqının yanında olamağa davam edəcəyik".