“Qarabağ məsələsi içimizdə 30 ildir ki, qanayan bir yara idi. Mühəndis olaraq bu zəfərə bir töhvə verə bilmək ömrümüz boyu çata biləcəyimiz ən böyük qürür, ən böyük şərədir”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.
O bildirib ki, Bakıya gəlməsində əsas səbəblərindən biri də Bakıda dünyanın ən böyük hava texnologiya festivalı – Texnofestin təşkil olunmasıdır: “Bu gün can Azərbaycana gəlmək mənim üçün böyük bir xoşbəxtlikdir. Azərbaycana ziyarətimizin səbəblərindən biri də Texnofest festivalın keçirilməsidir. Bunu Azərbaycanda etmək və səlahiyyətli şəxslərin diqqətinə çatdırmaqdır”.