Deputat Etibar Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin fəaliyyətini sərt tənqid edib.
Teleqraf.com xəbər verir ki, Etibar Əliyev Milli Məclisdə çıxışı zamanı Ramiz Mehdiyevin AMEA-nı özünün istədiyi inzibati bir sistemə çevirdiyini deyib.
“Ramiz Mehdiyev özünün qisasçı və inzibatçı iş sistemini AMEA-ya da gətirib. Bununla da əmək qanunvericiliyinin tələblərini kobud sürətdə pozmağa başlayıb. Xüsusilə də Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinə əsasən işçiləri işdən azad edir. Bu yaxınlarda da bir institut direktorunu bu bəndlə işdən çıxarıb. AMEA-da bu işləri keçmiş Rasim Ağasiyev adlı polis işçisinə həvalə edib”