3 Aprel 2021 19:13
2 383
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son günlərdə Rusiya Azərbaycan və Ermənistanla müxtəlif səviyyələrdə təmasları intensivləşdirib”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “168 Jam” qəzeti məlumat yayıb.

“Moskvanın fəallaşması həm Xarici işlər naziri Sergey Lavrovun azərbaycanlı və erməni həmkarları ilə yaxın vaxtlarda baş tutan görüşlərində, həm Rusiya baş nazirinin müavini Aleksey Overçukun İrəvan və Bakıya səfərlərlərində, həm də Rusiya lideri Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Nikol Paşinyanla telefon danışığında özünü göstərir”, - mənbə deyib.

Nəşr Rusiya liderinin azərbaycanlı həmkarı ilə telefon danışığının Kreml tərəfinin təşəbbüsü ilə baş tutduğunu yazıb:

“Putin-Paşinyan telefon danışığının təşəbbüsü erməni tərəfinin təşəbbüsü ilə martın 26-da, aprelin 1-də keçirilmiş Putin-Əliyev söhbəti isə ehtimal ki, Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.

Kremlin rəsmi saytında yerləşdirilən iki məlumat arasındakı fərqlər də diqqət çəkir. Amma Kreml ənənəvi olaraq məlumatların təqdimatında Ermənistan və Azərbaycan liderləri arasındakı təmaslarda bərabərliyi qorumağa çalışdığını göstərir. Amma Rusiya tərəfi demək olar ki, bütün Paşinyan-Putin telefon danışıqları barədə xəbərlərdə telefon danışığının Ermənistan tərəfinin təşəbbüsü ilə həyata keçirildiyini bildirir. Bununla da zəng edən Paşinyanın bu münasibətlərdən bir şey gözlədiyini, Kremlin isə buna heç bir qiymət vermədiyini vurğulayır. Bu, Ermənistan-Rusiya münasibətlərində həmişə diqqətçəkən həqiqətdir”.

Qəzet qeyd edib ki, Paşinyandan fərqli olaraq, Rusiya lideri Azərbaycan prezidenti ilə danışıq aparmağa özü təşəbbüs göstərir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər