"Ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarla görüşdüm".
Teleqraf.com xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev "Facebook" sosial şəbəkəsindəki hesabında bildirib.
"Görüş zamanı yüksək texnologiyalar və innovasiyalar mövzuları ətrafında müzakirəmiz oldu, söhbətimiz maraqlı keçdi", - deyə nazir əlavə edib.