11 Aprel 2021 17:55
2 858
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cəbrayıl rayonu Azərbaycan ordusunun nəzarətinə keçdikdən sonra faktiki olaraq, müharibədə məğlub olduq”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Edqar Elbakyan deyib.

Ekspert Ermənistan Baş naziri Nikol Paşinyan və separatçıların başçısı Araik Arutyunyanı “xəyanət”də ittiham edib.

Elbakyan müharibənin başlamasından sonra keçən bir həftə ərzində erməni ordusunun Azərbaycan Silahlı Qüvvələri tərəfindən darmadağın edildiyini bildirib: “Cəbrayıla nəzarətimizin itirildiyi aydın olduğu vaxt tamamilə məğlub olduğumuz bəlli oldu”.

Onun sözlərinə görə, Azərbaycan Ordusu qısa vaxtda ermənilərin Cəbrayıldakı hərbi hissələri, Füzuli və Xocalıdakı tank birliklərini məhv etdiyini deyib:

“Əslində, müdafə ordusunun (işğalçı – red.) onurğa sütununun müqaviməti Lələtəpəyə nəzarəti itirəndə qırıldı. Toplarımız, kəşfiyyat bu hücumlar qarşısında heç nə edə bilmədi. Köhnə silahlarla lovğalanaraq ordunu qurban verdilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər