Aprelin 13-də ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda iştirak edən dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri tədbirdən sonra Hərbi Qənimətlər Parkı ilə tanış olublar.
Teleqraf.com xəbər verir ki, nümayəndə heyətini Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Qonaqlara Hərbi Qənimətlər Parkında nümayiş etdirilən və Ermənistanın müharibə cinayətlərini sübuta yetirən eksponatlar barədə məlumatlar verilib.