14 Aprel 2021 19:13
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gəncə-Odessa birbaşa aviareysi açılacaq. Bu barədə razılığa gəlinib.”

Teleqraf.com-un verdiyi məlumata əsasən, bu fikirləri Gəncə şəhərində səfərdə olan Ukrayna Respublikasının İnfrastruktur naziri Valadislav Klikliy bildirib.

Nazirin sözlərinə görə, Gəncə şəhəri ilə bağlı bir sıra layihələr var:

“Odessa və Gəncə şəhərlərinin qardaşlaşması ilə bağlı danışıqlar apardıq. Çox böyük ehtimalla bu haqda sentyabr ayında memorandum imzalayacağıq. Bundan əlavə Azərbaycan Dövlət Aqrar Universiteti ilə Odessanın Aqrar Universiteti arasında memarandum imzaladıq. Bu bizə kənd təsərrüfatı istiqamətində qarşılıqlı elmi mübadilələrin aparılmasına imkan yaradacaq, həmçinin işğaldan azad olunan Dağlıq Qarabağda kənd təsərrüfatının inkişaf etdirilməsində müsbət rol oynayacaq”.


Müəllif: Teleqraf.com