“Böhtanlara arxa çıxanlara qarşı həqiqəti müdafiə edəcəyik”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 22-də Prezident yanında Məşvərət Şurasının toplantısında bildirib.
O, qeyd edib ki, qondarma erməni soyqırımı yalanına və siyasi hesablaşmalarda bu iftiranı müdafiə edənlərə qarşı həqiqətləri müdafiə etməkdə davam ediləcək.