25 Aprel 2021 16:05
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatları Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatı təəssüf doğurmaqla yanaşı, İkinci Qarabağ savaşından sonra regionda dayanıqlı sülh və geniş əməkdaşlıq üçün yaranmış imkanları məhdudlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib.

Deputat vurğulayıb ki, Qərbin regionda əsas iqtisadi və siyasi mütəffiqlərindən hesab olunan Türkiyə ilə Birləşmiş Ştatlar münasibətlərinin daha çətin mərhələyə qədəm qoyacağı gözlənilir: "ABŞ-ın Türkiyə ilə xarici ticarət dövriyyəsi 2019-cu ildə 26,8 milyard dollar olub. Bunun 14,2 milyard dolları Birləşmiş Ştatlardan, 12,6 milyard dolları isə Türkiyədən ixrac kimi qeydə alınıb. ABŞ ilə Azərbaycan arasında illik ticarət dövriyyəsi 791,8 milyon dollardır. Ermənistanın ABŞ ilə ticarət dövriyyəsi isə 2020-ci ildə cəmi 152 milyon dollar olub".

V.Bayramovun sözlərinə görə, Ermənistan regionda ABŞ üçün ciddi iqtisadi və ticari tərəfdaş hesab olunmur: "ABŞ-ın Ermənistan ilə ticarət dövriyyəsi Türkiyə ilə olan dövriyyəsi ilə müqayisədə 176, Azərbaycan ilə nisbətdə 5 dəfə azdır. Bununla yanaşı, Cozef Baydenin bəyanatı ABŞ Türkiyə arasındakı ticarət dövriyyəsinin və qarşılıqlı sərmayə qoyluşlarının azalmasına səbəb olacağı gözlənilir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər