30 Oktyabr 2014 17:48
2 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gündəlik Teleqraf” qəzetinin 30 oktyabr tarixli sayında gedən “Zamanla ayaqlaşa bilməyən sözçülər” yazısına Maliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən reaksiya verilib. Şöbənin mətbuat əlaqələndiricisi Mais Piriyev bu yazıda sözügedən nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin informasiya texnologiyalarının yeniliklərindən istifadə etməməsilə bağlı fikirlərə (yazıdakı bu fikirlər “Mövqe” qəzetinin əməkdaşı Zülfiyyə Quliyevaya məxsusdur) cavab verib.

Mais Piriyev “Facebok” səhifəsində bunları yazıb: “Zülfiyyə Quliyeva adlı jurnalist həmkarımız mətbuat katibi kimi bizi yeniliklərə maraq göstərməməkdə, ondan yararlanmamaqda, sosial şəbəkələrin imkanlarından istifadə etməməkdə ittiham edib”.

Mais Piriyev Maliyyə Nazirliynin və özünün “facebook”, “tvitter” səhifələrinin linkini paylaşmaqla onları jurnalistin nəzərinə çatdırdığını qeyd edib.

https://www.facebook.com/maliyye.gov.az
https://twitter.com/maliyyegovaz
https://www.facebook.com/mais.piriyev

Bununla bağlı qarşı tərəfin də mövqeyini öyrəndik. Zülfiyyə Quliyeva bildirir ki, nazirlik sözçüsü bu internet resursları vaxtında tanıtmalı idi: “Məncə jurnalist yox, mətbuat xidməti rəhbəri təmsil etdiyi qurumun, özünün sosial şəbəkədə açdığı hesabını jurnalistlər arasında tanıtmalıdır. Mais Piriyev Maliyyə Nazirliyi ilə media arasında körpü rolunu oynayır. Buna görə də özü bizim onlarla əməkdaşlığımızda maraqlı olmalıdır. Mən indiyədək Maliyyə Nazirliyinin sosial şəbəkədə yayılan məlumatlarına rast gəlməmişəm. O ki, qaldı nazirliyin sözçüsünün elektron vasitələrlə kütləvi informasiya vasitələrilə əlaqə qura bilməməsinə, bununla bağlı fakt var. Aztəminatlı ailələrə dekoderlərin alınmamasının səbəbi ilə bağlı bir ildən çoxdur electron poçt vasitəsilə ünvanladığım suala hələ də cavab ala bilməmişəm. Yaxşı olar ki, Mais müəllim bizi məlumatsızlıqda suçlamaqdansa, təmsil etdiyi qurumun xidmətlərinin niyə indiyədək elektron hökumət portalına inteqrasiya olunmadığına da cavab versin. Mən ötən il bununla bağlı da Mais Piriyevə verdiyim suala hələ cavab ala bilməmişəm”.

Naibə


Müəllif:

Oxşar xəbərlər