30 Aprel 2021 13:04
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyi Meron dağı yaxınlığında keçirilən Laq Ba-omer dini tonqal qalama mərasimi zamanı yaranan izdihamda 44 nəfərin ölümü ilə bağlı İsrailə başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, bu barədə XİN-in rəsmi Tviter hesabında paylaşım edilib.

Paylaşımda deyilir: "Bu xəbərlər bizi çox kədərləndirdi. Dəhşətli hadisədə həlak olanların ailələrinə, eləcə də İsrail hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralılara şəfa diləyirik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər