“Peyvənd tədarükündə çətinlik çəkəcəyimizi qəbul etmirəm. Əlimizdə kifayət qədər peyvəndimiz var”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablayarkən deyib.
Prezident hazırda Rusiya ilə aparılan danışıqlarla “Sputnik V” peyvəndinin ölkəyə gətiriləcəyini də vurğulayıb: “Lazım gələrsə, hətta cənab Putinlə də görüşümüz olacaq. Cənab Putinlə görüşümüzdən sonra ölkəmzə əhəmiyyətli miqdarda “Sputnik V” peyvəndi gələcək. Bəzi ehtimalları deyirəm. Çünki iclası hələ etməmişəm”.
Ərdoğan COVID-19-la bağlı fövqəladə bir vəziyyətin olacağına inanmadığını deyib: “Hazırda yerli peyvəndlərlə universitetlərimiz və bəzi əczaçılıq şirkətləri ciddi işlər görürlər. Onların mənə verdikləri sözlərə əsaslanaraq danışıram və inanıram ki, sentyabr- oktyabra kimi yerli peyvənd istehsalına başlayacaqlar”.