5 May 2014 15:53
2 779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elşad İskəndərovun DQİDK-nın sədri vəzifəsindən çıxarılması münasibətilə vəhhabilər ehsan süfrəsi verib. Teleqraf.com-a etibarlı mənbənin verdiyi məlumata görə, dünən Bakının Nizami rayonunda, 8-ci kilometr ərazisində, Sumqayıtda və Xaçmazda vəhhabilər bir araya gəlib. Məlumata görə, onlar E.İskəndərovun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırılmasına sevinərək “Allaha şükran” süfrəsi ətrafında toplanıblar.

Etibarlı mənbə bildirib ki, vəhhabilər toplantı zamanı E.İskəndərovun sədr təyin olunduqdan sonra komitənin onlara qarşı sərt mövqedə dayandığını deyiblər.

Qeyd edək ki, mayın 2-də Prezidentin sərəncamı ilə E.İskəndərov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb.

SAKİT


Müəllif: Teleqraf.com