5 May 2021 18:16
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ üç erməni hərbçisinin Azərbaycan tərəfindən geri qaytarılmasını alqışlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin tvitterdəki paylaşımında deyilir.

“Hər iki tərəfi bütün məhbusların, saxlanılmış şəxslərin, əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsi prosesini tam və operativ şəkildə başa çatdırmağa, eyni zamanda məhbuslarla insani rəftarın təmin edilməsinə dair öhdəliklərinə əməl etməyə çağırırıq”, – ABŞ dövlət katibinin açıqlamasında deyilir.

Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi humanizm və humanist siyasətə uyğun olaraq, 10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatın imzalanmasından sonra Qarabağda tərk-silah edilmiş üç erməni hərbçisi geri qaytarılıb və Yerevana göndərilib.


Müəllif: Teleqraf.com