11 May 2021 13:44
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əldə olunmuş razılaşmaların tam şəkildə həyata keçirilməsi bölgədəki vəziyyətin normallaşdırılmasında açar rolunu oynayır. Bu razılaşmalar hərbi əməliyyatların bərpasının qarşısının alınması, iqtisadi və rabitə əlaqələrinin açılması üçün bütün mexanizmləri təmin edir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra Bakıda keçirilən mətbuat konfransında deyib.

“Rusiya sülhməramlı kontingentinə göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarıq. Konkret planlar hazırlayan üçtərəfli işçi qrup əldə olunmuş razılaşmaların həyata keçirilməsinə mühüm töhfə verir”, - o deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər