Türkiyə nümayəndə heyəti Rusiyada səfərdədədir.
Teleqraf.com xəbər verir ki, Prezidentin mətbuat katibi İbrahim Kalın, Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və səhiyyə nazirinin müavini Tolqa Tolunay peyvənd alışını müzakirə etmək üçün bu gün Moskvaya gediblər.
Turizm naziri Türkiyədəki turizm sektorunda aparılan COVID-19 tədbirləri və yoluxmaların sayının azalması barədə Rusiya səlahiyyətlilərinə məlumat verəcək.
Türk səlahiyyətliləri rusiyalı həmsöhbətləri ilə “Sputnik V” peyvəndinin satın alınması və Türkiyədə istehsalını nəzərdən keçirəcəklər. Səfər zamanı həmçinin iki ölkə arasında uçuşların bərpası və rus turistlərin Türkiyəyə səyahəti də müzakirə olunacaq.