22 May 2021 13:24
1 419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan, Türkiyə və Ermənistanla müzakirələr aparır.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin Rusiya məsələləri ilə bağlı xüsusi nümayəndəsi Zurab Abaşidzenin açıqlamasında bildirilib.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr və 11 yanvar bəyanatlarının icrası kontekstində nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması ilə bağlı Abaşidze bunları deyib:

“Bununla bağlı ölkələrin müvafiq qurumlarının rəhbərləri arasında təmaslar mövcuddur. Səfərlər edilir, bütün bunlara ikitərəfli baxılır. Gürcüstan bu məsələni qonşuları – Azərbaycan, Türkiyə və Ermənistanla müzakirə edir”.

Gürcü diplomat hələlik bu məsələnin Rusiya ilə müzakirə olunmadığını da diqqətə çatdırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər