22 May 2021 11:18
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə “BioNTech”dən aldığı 120 milyon doza vaksinlə peyvəndləmənin sürətinin artıracaq.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca deyib.

Nazir 20 yaşdan yuxarı hər kəsin iyun ayında COVID-19-a qarşı peyvəndlənəcəyini bildirib: “Artıq ikinci doza üçün ehtiyat vaksinlər tədarük edilməyəcək. 30 milyon doza birbaşa 30 milyon adama veriləcək. “BioNTech”in ilk dozası 78 faizlik qoruma təmin edir. Artıq peyvənd problemimiz yoxdur, bu iş bitib”.

Nazir bu günə qədər 120 milyon doza vaksindən 6,1 milyonunun ölkəyə çatdırıldığını da qeyd edib:

“İyun ayında 30 milyon, iyul, avqust və sentyabr aylarının sonuna qədər yəni, cəmi 4 aya 120 milyon peyvənd Türkiyəyə gətiriləcək”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər