1 Noyabr 2014 17:44
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının tanınmış simalarından olan, uzun illər İsa Qəmbərin mətbuat katibi vəzifəsini icra edən Mehman Cavadoğlu yeni başqan Arif Hacılı ilə işləməkdən imtina edib.

Əldə etdiyimiz məlumata görə, hazırda aparatda strukturlaşma işi aparan, özünə müavin və müşavirlər seçən Arif Hacılı Mehman Cavadoğluna əvvəlki vəzifəsini icra etməyi təklif edib. Lakin Cavadoğlu bu təklifi qəbul etməyib.

Qeyd edək ki, Cavadoğlu son qurultayda Qubad İbadoğlunu dəstəkləyib. Arif Hacılı isə İbadoğlunun tərəfdarlarından ilk olaraq Mehman Cavadoğluna komandasında təmsil olunmağı təklif edib. Görünən budur ki, Cavadoğlu Qubad İbadoğlu ilə məsləhətləşmədən sonra bu qərarı verib.

Nemət


Müəllif:

Oxşar xəbərlər