Azərbaycanın daxili işlər naziri Ramil Usubovun müavini vəzifəsindən azad olunub.
Hüquq-mühafizə orqanlarından Trend-ə bildiriblər ki, daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov təqaüdə göndərilib.
Onun yerinə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi İsmət Əliyev təyin olunub.
Qeyd edək ki, Ə.Ələkbərov 2001-ci ildən R.Usubovun müavini idi.