25 May 2021 09:13
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Avstriya Respublikasına yola düşüb.

Xarici İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi ilə görüşü, ATƏT-in Daimi Şurasının xüsusi sessiyasında çıxışı, habelə Avstriyanın yüksək səviyyəli rəsmiləri, aparıcı beyin mərkəzlərinin rəhbərləri, Vyanada fəaliyyət göstərən digər beynəlxalq təşkilatların rəhbərləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər