27 May 2021 15:32
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir.

Macarıstanın Prezidenti Yanoş Aderdən:

"Hörmətli cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Azərbaycan Respublikası Macarıstan üçün çox vacib strateji tərəfdaşdır, bu səbəbdən ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin dinamik inkişafından məmnunam. Əminəm ki, qarşıdakı illər ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmləndirilməsi üçün yeni perspektivlər açacaq.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali vəzifənizdə yeni uğurlar diləyirəm".

***

Polşa Respublikasının Prezidenti Andjey Dudadan:

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Polşa xalqı adından və şəxsən öz adımdan Sizə, ölkənizə, xalqınıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Polşa ilə Azərbaycan arasındakı ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə toxunaraq Sizi əmin etmək istərdim ki, Varşava xalqlarımız üçün faydalı olan bütün əməkdaşlıq sahələrini əhatə edən münasibətlərimizin gələcək inkişafına hazırdır.

Cənab Prezident, icazə verin, milli bayramınız münasibətilə bir daha bütün Azərbaycan vətəndaşlarına təbriklərimi çatdırım".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər