27 May 2021 23:54
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ermənistanı və Azərbaycanı ortaya çıxan bütün problemləri danışıqlar zamanı sülh yolu ilə həll etməyə çağırır.

Bu barədə Teleqraf.com Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verib.

Məlumata əsasən, mayın 27-də Rusiya Federasiyası Xarici İşlər nazirinin müavini Andrey Rudenko Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə telefon danışığı keçirib. Telefon danışığı Toivo Klaarın təşəbbüsü ilə olub.

Danışıq zamanı faydalı fikir mübadiləsi aparalıb, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət qiymətləndirilib:

"Rusiya tərəfi ortaya çıxan bütün problemləri danışıqlar zamanı sülh yolu ilə həll etmək üçün tərəflərə müraciətini təsdiqlədi. Rusiya bu prosesə mümkün yardımları göstərməyə davam etməyə hazırdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər