28 May 2021 11:24
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 28-də Minskdə Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclası ərəfəsində Belarusun Baş naziri Roman Qolovçenkonun iclas iştirakçıları ilə görüşü keçirilib.

Teleqraf.com-un məlumatına görə, görüşdə Azərbaycanın Baş naziri Əli Əsədov iştirak edib. Görüş zamanı R.Qolovçenko Azərbaycanın Respublika Günü münasibətilə Baş nazir Əli Əsədova təbriklərini çatdırıb.

Gün ərzində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iclas iştirakçılarını qəbul edəcəyi gözlənilir. Daha sonra isə Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclası keçiriləcək./Azərtac


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər