Ukrayna Prezidenti Vladimir Zelenski öz rəsmi tvitter səhifəsində Azərbaycanın Respublika Günü münasibətilə təbrik yazıb.
Teleqraf.com xəbər verir ki, Ukrayna liderinin təbrik mesajında deyilir:
“Dövlətlərimiz arasındakı strateji tərəfdaşlığı yüksək qiymətləndirirəm. Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.
O, həmçinin ikitərəfli tərəfdaşlığa dair dialoqun davam etdiriləcəyinə inandığını bildirib.