Azərbaycanda sənaye parklarının idarəedicilərinə qeyri-rezident kimi fəaliyyət göstərməsi qadağan edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında bildirilib.
Dəyişikliyə əsasən, 4.2-ci bəndə idarəedici təşkilat və operator sənaye parkının rezidenti kimi fəaliyyət göstərə bilməz; cümləsində “rezidenti” sözündən sonra “, habelə qeyri-rezidenti” sözləri əlavə edilib.
Xatırladaq ki, hazırda Azərbaycanda 5 sənaye parkı var. Bunlar Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Mingəçevir Sənaye Parkı və Pirallahı Sənaye Parkıdır. Prezidentin fərmanı ilə bu gün Ağdam rayonunda da sənaye parkı yaradılıb.